Malatyada çoxsaylı insanı aldadan 7 cadugər həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, Malatyada gözmuncuğu və sehrlə çoxsaylı insanı aldadan 7 cadugər həbs edilib.
Şübhəlilərin hesablarına ümumilikdə 34 milyon 168 min lirənin yatırıldığı müəyyən edilib.
Prezident Ərdoğan daha əvvəl Türkiyə Daxili İşlər Nazirliyinə sehrbazlara, falçılara, tilsim edənlərə və gözmuncuğu satanlara qarşı mübarizəni gücləndirməyi tapşırıb.
Xuraman Etibarlı
İnterpress.az