Çuvaşiyada dron və təhlükəsizlik əməliyyatlarının çəkilişi qadağan edilib.
Interpress.az xəbər verir ki, bu barədə Çuvaşiya rəhbəri Oleq Nikolayev məlumat verib. O, bölgədə dronların və təhlükəsizlik qüvvələrinin düşmən hücumlarını dəf etməsi zamanı foto və video çəkilişinə tam qadağa qoyulduğunu açıqlayıb.
Qadağa məlumat sızmasının və Ukrayna ordusunun əlavə zərbələr endirməsinin qarşısını almaq məqsədi daşıyır.
Eyni zamanda, dronların düşdüyü yerlərin və mühüm qorunan obyektlərin ərazilərinin çəkilişi də qadağan edilib.
Qadağaya əməl etməyənlər üçün inzibati məsuliyyət nəzərdə tutulub – cərimələr 300 min rubla (təxm. 6 340 man.) qədər ola bilər.
Foto və videoların internet, KİV və sosial şəbəkələrdə yayımlanması qəti qadağandır.
Xuraman Etibarlı
Interpress.az