Dağda qalan rus alpinistin nəşini götürmək MÜMKÜN DEYİLbackend

Dağda qalan rus alpinistin nəşini götürmək MÜMKÜN DEYİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstandakı “Pobeda” zirvəsi ərazisində ayağı sınaraq ilişib qalan 47 yaşlı rusiyalı alpinist Nataliya Naqovitsinanı xilas etmək artıq mümkünsüz hesab olunur.

İnterpress.az xəbər verir ki, ekspedisiyanın rəhbəri Dmitri Qrekov hava şəraitinin kəskin pisləşməsi səbəbindən qadının sağ qalma şansının demək olar ki, olmadığını bildirib.

Dağlıq ərazidə sabahdan qar yağacağı, qar uçqunu təhlükəsinin artacağı gözlənilir.

Sentyabrda bölgədə qış başlayır və gecələr temperatur -13 dərəcəyədək enir.

Naqovitsina artıq bir həftədən çoxdur ki, qida olmadan dağda qalıb.

Avqustun 20-də media onun həyat əlamətlərinin dayanması barədə məlumat yayıb.

Qadını xilas etmək üçün cəhd göstərən italiyalı alpinist və xilasedicilərdən biri həlak olub, helikopter isə qadını dağdan endirə bilməyib.

Xuraman Etibarlı

İnterpress.az