Dağıstanlı Olimpiya çempionu ömürlük HƏBS EDİLDİbackend

Dağıstanlı Olimpiya çempionu ömürlük HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Olimpiya çempionu terrorizmə dəstək verdiyinə görə qiyabi olaraq ömürlük həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Olimpiya çempionu Sagid Murtazəliyev terrorizmə dəstək vermək, hüquq-mühafizə orqanlarının iki əməkdaşına qarşı sui-qəsd təşkil etmək və tamah məqsədilə mütəşəkkil dəstə tərəfindən qətlə cəhd ittihamları ilə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib.

Məhkəmə müəyyən edib ki, o, 2009-cu ildə Kizlyar rayon administrasiyasının rəhbəri olarkən qanunsuz silahlı birləşmənin iştirakçısına 2,7 milyon rubl (təxminən 62 600 manat) verib.

2010-cu ildə isə Dağıstan üzrə Pensiya Fondunun şöbə müdiri vəzifəsini icra edərkən 3 milyon rubl (təxminən 69 500 manat) ödəyərək ekstremizmə qarşı mübarizə şöbəsi rəisinin müavini və Kizlyar administrasiyası rəhbərinin müavininin qətlini təşkil edib.

2010-cu il avqustun 3-də silahlılar şöbə əməkdaşını ən azı doqquz dəfə atəş açaraq qətlə yetiriblər.

Avqustun 23-də isə Kizlyarda şəhər administrasiyası rəhbərinin müavininin avtomobilinə azı 30 dəfə atəş açıblar, lakin məmur sağ qalıb.

Əlavə olaraq bildirək ki, məhkəmənin qərarı ilə Sagid Murtazəliyevin 5,7 milyon rubl (təxminən 132 000 manat) məbləğində vəsaiti dövlətin xeyrinə müsadirə edilib.

Xuraman Etibarlı

İnterpress.az