Danimarkada ticarət mərkəzində atışma zamanı 3 nəfər ölübbackend

Danimarkada ticarət mərkəzində atışma zamanı 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka polisi ticarət mərkəzində 3 nəfəri odlu silahla qətlən yetirən şəxsi həbs edib.

Kopenhagen polisi bildirib ki, saxlanan şəxs 22 yaşlı Danimarka vətəndaşıdır. Onun valideynləri də əslən danimarkalıdır. Təqsirləndirilən şəxslə əlbir olanlar barədə məlumat yoxdur.

***

22.02

Danimarkanın paytaxtı Kopenhagendəki ticarət mərkəzində atışma baş verib.

Bu barədə polis məlumat yayıb.

Məlumatda çox sayda insanın xəsarəıt aldığı bildirilir. Hadisəni törədən şəxs saxlanılıb. Saxlanan şəxsin ətrafında istintaq hərəkətləri aparılır.

Hadisə vaxtı binada yüzdən çox adam olub.