Hindistandan bir qadın körpənin qışqırmaması və boğulması üçün ağzına daş dolduraraq lentlə bağlayıb.
İnterpress.az xəbər verir ki, dəhşətli görüntülər internetdə yayılıb.
Hindistanın Uttar-Pradeş ştatında 20 günlük körpə ağzına daşlar doldurulmuş və yapışqan lentlə bağlanmış vəziyyətdə tapılıb.
Məlumata görə, hadisəni uşağın anası törədib. O, körpənin qışqırmaması və tez boğulması üçün belə hərəkət edib.
Körpəni vaxtında oradan keçən bir çoban görərək xilas edib. Uşaq xəstəxanaya çatdırılıb və hazırda həkimlərin nəzarəti altındadır.
Polisin açıqlamasına görə, qadın uşağı zorlamadan sonra dünyaya gətirib və ailəsini “rüsvay etməmək üçün” ondan xilas olmağa çalışıb.
Hadisə Hindistanda geniş rezonans doğurub və hüquq-mühafizə orqanları araşdırma aparır.
Xuraman Etibarlı
İnterpress.az