Diametri 2 metr olan asteroid Yerə çox yaxın məsafədən KEÇDİ – VİDEObackend

Diametri 2 metr olan asteroid Yerə çox yaxın məsafədən KEÇDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diametri təxminən 2 metr olan asteroid çərşənbə günü Yerə son dərəcə yaxın məsafədən keçib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş astronomiyası laboratoriyasının məlumat yayıb.

Məlumata görə, diametri təxminən 2 metr olan asteroid çərşənbə günü Yerə son dərəcə yaxın məsafədən keçib.

Mütəxəssislərin bildirdiyinə görə, göy cisminin trayektoriyası əvvəlcədən izlənilib və təhlükə yaratmadığı müəyyən olunub.

Asteroidin planetimizə ən yaxın məsafəsi cəmi 20 min kilometrdən bir qədər çox olub ki, bu da bəzi süni peyklərin orbitindən də aşağı göstəricidir.

Alimlər qeyd edirlər ki, bu cür kiçik ölçülü asteroidlər atmosferə daxil olsaydı, ehtimal ki, tam yanaraq dağılar və ciddi fəsad törətməzdi.

Bununla belə, yaxın uçuş faktı Yer kürəsinin daim kosmik obyektlərin təsiri altında olduğunu bir daha göstərir.

Xuraman Etibarlı

İnterpress.az