Diaspor liderinin doğum günüdürbackend

Diaspor liderinin doğum günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az  xəbər verir ki, bu gün Azərbaycan diasporunun tanınmış simalarından biri Şimali Kipr Türk Respublikasında Azərbaycan diasporunun lideri Orxan Həsənoğlunun doğum günüdür.

 

Orxan Həsənoğlu Kiprdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, Türkiyə və KKTC ilə siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.

Təsadüfi deyil ki, o, Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, eləcə də xalqımızın başına açılan faciələrin KKTC-də qeyd olunmasını bir missiya kimi həyata keçirən ən fəal diaspor sədri kimi tanınır.

 

Orxan bəy KKTC-də təhsil alan gənclərin koordinasiya olunması, orda yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən layihələrin həyata keçirilməsində də öndə olan şəxslərdəndir. O, bir neçə ali təhsil müəssisəsində “Azərbaycan guşəsi”nin yaradılması kimi mühüm işlərə imza atıb.

 

Orxan Həsənoğlunun fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi Şimali Kiprdə Azərbaycana qarşı olan qüvvələrlə mübarizə, xüsusi ilə erməni əks-təbliğatının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, onlarlanbeynəlxalq tədbirlərin, elmi konfransların, aksiyaların, xeyriyyə tədbirlərinin keçrilməsinə nail olub.

 

 

Bizdə İnterpress.az İnformasiya Mərkəzi olaraq Orxan müəllimi səmimmi qəlbdən təbrik edir,ona uzun ömür can sağlığı ,vətənimiz naminə gördüyü işlərdə uğurlar diləyirik.

İnterpress.az