Donald Tramp: ABŞ Kuba ilə danışıqlara başlayırbackend

Donald Tramp: ABŞ Kuba ilə danışıqlara başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Kubada vaxtilə sıxışdırılan vətəndaşları üçün hərəkətə keçib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Kuba ilə rəsmi danışıqlara başladığını bəyan edib.

O bildirib ki, tərəflər arasında dialoq artıq başlayıb və Kuba tərəfinin hazırda humanitar yardıma ehtiyacı var.

Tramp çıxışında ABŞ-də yaşayan kubalı mühacirlərin mənafelərinə də toxunub:

“Unutmayın ki, ölkəmizdə yaşayan bir çox insan vaxtilə Kubada çox pis rəftarla üzləşib. Onların hamısı mənə səs verib və biz onlara qarşı ədalətli davranılmasını istəyirik”.

Prezidentin sözlərinə görə, danışıqların məqsədlərindən biri də onilliklərdir öz vətənlərindəki ailələrini görməyən insanların yenidən Kubaya qayıda bilmələrinə şərait yaratmaqdır.

Xuraman Etibarlı

İnterpress.az