Dövlət başçısı: Biz keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıqbackend

Dövlət başçısı: Biz keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

“Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb”, – dövlət başçısı vurğulayıb.