Dövlət başçısı: Ermənistan azərbaycanlı mülki şəxslərə və hərbi personala qarşı sistemli müharibə cinayətləri törədibbackend

Dövlət başçısı: Ermənistan azərbaycanlı mülki şəxslərə və hərbi personala qarşı sistemli müharibə cinayətləri törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan azərbaycanlı mülki şəxslərə və hərbi personala qarşı sistematik müharibə cinayətləri törədib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

“Ermənistan azərbaycanlı mülki şəxslərə və hərbi personala qarşı sistematik müharibə cinayətləri törədib. Təxminən 3 900 Azərbaycan vətəndaşı Birinci Qarabağ müharibəsindən bəri hələ də itkindir. Onlardan bir çoxuna işgəncələr verilib, öldürülüb və kütləvi məzarlarda dəfn ediliblər.

Biz azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkarladıq. Ermənistan itkin düşən şəxslərin taleləri və kütləvi məzarlıqların dəqiq yerləri ilə bağlı məlumatları Azərbaycana təqdim etməlidir.

Biz demək olar iki ildir ki, bu məlumatları tələb edirik. Lakin Ermənistan hökuməti bunu Azərbaycanla paylaşmağı rədd edir”, – Prezident İlham Əliyev vurğulayıb.