Dövlət Komitəsi sədrindən valideynlərə çağırış: “Qızlarınızı erkən yaşda ailə qurmağa məcbur etməyin”backend

Dövlət Komitəsi sədrindən valideynlərə çağırış: “Qızlarınızı erkən yaşda ailə qurmağa məcbur etməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qadın erkən yaşda ailə qurmağa məcbur edilməməli, zorakılığa məruz qalmamalıdır”.

İnterpress.az-ın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada gedən proseslər, həm də Azərbaycanda qadın siyasəti bütün qadınların hüquqlarını qorumağa yönəlmiş siyasətdir: “Bizim bu məsələdəki statistikamız bir çox ölkələrdən daha uğurlu statistikadır. Düzdür, cəmiyyətimizdə də bəzi problemlər mövcuddur. Heç bir qadın erkən yaşda ailə qurmağa məcbur edilməməli, zorakılığa məruz qalmamalıdır. Cəmiyyətimizin bu mövzudakı sayıqlığı bizi sevindirir və çox zaman onların istəkləri bizim mövqeyimizlə səsləşir”.