Döyüş itləri yoldan keçən şəxsi PARÇALADI – Hadisə şahidinin ÜRƏYİ PARTLADI – FOTO/VİDEObackend

Döyüş itləri yoldan keçən şəxsi PARÇALADI – Hadisə şahidinin ÜRƏYİ PARTLADI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Permdə iki döyüş iti yoldan keçən şəxsi parçalayıb, o, sağ qalıb, lakin hadisənin şahidinin ürəyində problem yaranıb və ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Permdə iki döyüş iti az qala təsadüfi yoldan keçən şəxsi parçalayacaqdı. O, sağ qalsa da, hadisənin şahidi stress və həyəcan keçirərək dünyasını dəyişib.

İtlərin sahibi itləri bağlayıb və öz işinə gedib. Onu zəif bağladığı zəncir boşalıb və açılıb. İtlər şirkətin 35 yaşlı əməkdaşına hücum edib.

Hasarın arxasındakı şahidlər itlərin diqqətlərini yayındırmaq üçün daş atmağa və heyvanları çubuqlarla vurmağa başlayıblar, lakin itlərdən biri qurbanının qolundan yapışıb buraxmayıb.

Təcavüzkar itlər yalnız yanğınsöndürən və bütün kütlənin köməyi ilə qovulub. Qolu parçalanmış zərərçəkən xəstəxanaya yerləşdirilib.

Binanın mühafizəçisi dəhşətli mənzərənin şahidi olub. Bu zaman qəfildən ürəyi tutub və təcili yardım maşınında ölüb.

Xuraman Etibarlı

İnterpress.az