Rusiyanın Dövlət Duması Mixail Mişustinin Baş nazir vəzifəsinə namizədliyini müzakirə edir.
İnterpress.az-ın məlumatına görə, əvvəlcə Dumanın sədri Vyaçeslav Volodin deputatlara onun barədə barədə məlumat verib.
Sədr bildirib ki, indiyədək müxtəlif vəzifələrdə çalışan 58 yaşlı M.Mişustin hökumətə 2020-ci il, yanvarın 15-dən rəhbərlik edir.
İclasda ayrı-ayrı fraksiyaların rəhbərlərinin çıxışı da gözlənilir.
Səsvermədən əvvəl isə bu posta yenidən namizəd olan Mixail Mişustin parlamentarilərin suallarını cavablandıracaq.