Dünən baş verən yol-nəqliyyat hadisələrində iki nəfər ölüb – RƏSMİbackend

Dünən baş verən yol-nəqliyyat hadisələrində iki nəfər ölüb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələri haqqında statistik məlumatlar açıqlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 23-də törədilən 30 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan səkkiz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan altı nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

 

İnterpress.az