2022-ci ildə dünyada köməyə ehtiyacı olan insanların sayı 324,3 milyon nəfər olduğu halda, müharibələrin, iqlim dəyişikliyinin və COVID-19 epidemiyasının sosial-iqtisadi təsirləri səbəbindən bu rəqəmin 2023-cü ilin avqust ayı etibarilə 363,3 milyona yüksəldiyi müəyyən edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
19 avqust 2003-cü ildə İraqın paytaxtı Bağdadda baş verən bombalı hücumda Birləşmiş Millətlər Təşkilatının (BMT) İraq üzrə xüsusi nümayəndəsi Sergio Vieira de Mello da daxil olmaqla 22 yardım işçisinin həlak olması nəticəsində BMT Baş Assambleyası qərar verib. 19 avqust “Ümumdünya Humanitar Günü” elan edilib.
Böyük Britaniyada yerləşən “İnkişaf Təşəbbüsləri” tərəfindən hazırlanan 20 iyun 2023-cü il tarixli “2023 Qlobal Humanitar Yardım” hesabatında 2022-ci ildə humanitar böhranın bütün dünyada dərinləşdiyi bildirilib.
Hesabata görə, humanitar yardıma ehtiyacı olan insanların dörddə üçü münaqişə, iqlim böhranı və ya sosial-iqtisadi zəiflik faktorlarından ən azı ikisinin təsirinə məruz qalır.
Bildirilir ki, humanitar yardıma ehtiyacın artmasının əsas səbəblərindən ikisi ərzaq böhranı və məcburi miqrasiyadır.
Son 2 ildə 60 ölkədən təxminən 265,7 milyon insanın kəskin qida çatışmazlığından əziyyət çəkdiyi müəyyən edilib.
İqlim dəyişikliyi isə 236,7 milyon insana mənfi təsir göstərir.
Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi, Pakistan və Şərqi Afrikadakı iqlim dəyişikliyi böhranı, COVID-19 epidemiyasının sosial-iqtisadi təsirləri humanitar yardım hərəkətlərinin əhəmiyyətini artırıb.