Dünyada pandemiya ilə bağlı vəziyyət hər gün ağırlaşırbackend

Dünyada pandemiya ilə bağlı vəziyyət hər gün ağırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada pandemiya ilə bağlı vəziyyət gündən-günə ağırlaşır.

İnterpresd.az ayrı-ayrı ölkələrin koronavirusla mübarizə üzrə qurumlarının ümumi statistikalarına istinadən xəbər verir ki, son gün ərzində dünyada koronavirusa 406 214 yeni yoluxma aşkarlanıb, COVID-19 diaqnozu qoyulmuş daha 596 nəfər xəstəlikdən vəfat edib.

Hazırda dünyada aktiv koronavirus xəstələrinin sayı 22 425 527 nəfərdir, onlardan 39 48 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Pandemiya ərzində dünyada COVID-19-a ümumilikdə 566 657 234 insan yoluxub, 6 386 273 nəfər vəfat edib, eyni zamanda koronavirus diaqnozu qoyulmuş 537 862 025 nəfər sağalıb.

Dünyada COVID-19-a ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Pandemiya ərzində Birləşmiş Ştatlarda 91 170 571 nəfərdə təhlükəli virus aşkarlanıb, 1 048 693 insan ölüb.

Siyahıda yoluxma üzrə sonrakı yerlərdə Hindistan (43 730 071), Braziliya (33 250 117), Fransa 32 818 901, Almaniya (29 692 989), Böyük Britaniya (23 075 360), İtaliya (19 985 479) qərarlaşıb.

Pandemiya ərzində koronavirusdan ikinci ən çox ölüm halı Braziliyada qeydə alınıb. Cənubi Amerikanın bu ölkəsində 675 145 nəfər koronavirusun qurbanı olub.

Hindistan təkcə Cənubi Asiyada deyil, ümumilikdə dünyada koronavirusdan ən çox ölüm hallarının qeydə alındığı ölkədir. Burada COVID-19-dan ölənlərin sayı 525 660 nəfərə çatıb.

Qonşu Rusiya da pandemiya qurbanları baxımından ən çox əziyyət çəkən ölkələr arasındadır. Rusiyada son sutkada daha 41 nəfər koronavrusdan ölüb, ümumilikdə isə 381 835 nəfər COVID-19-un qurbanı olub. Bu ölkədə pandemiya ərzində 18 485 632 nəfərə koronavirus diaqnozu qoyulub, son gün ərzində daha 4 698 nəfərdə virus aşkarlanıb.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.