Dünyanın ən böyük aysberqi 30 ildən sonra yerindən tərpəndibackend

Dünyanın ən böyük aysberqi 30 ildən sonra yerindən tərpəndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük aysberqi 30 ildən çox okean dibində ilişib qaldıqdan sonra hərəkətdədir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. A23a adlı aysberq 1986-cı ildə Antarktika sahil zolağından qopub. Lakin o, tez bir zamanda Ueddel dənizində quruya çırpılaraq buz adasına çevrilib.

A23a səthinin sahəsi təxminən 4 min kvadrat kilometrdir.

Elm adamları son illərdə buz parçasında hərəkət siqnalları aşkar etmişdilər.

Açılan son məlumatlara görə, A23a yenidən Antarktidadan çıxmağa başlayıb.

30 ildən artıqdır ki, hərəkətsiz vəziyyətdə olan A23a-nın qalınlığı 400 metrə çatır.

Alimlərin fikrincə, A23a-nın kütləsi son 35 ildə azalıb.

Beləliklə, nəhəng buz parçası suyun səthində hərəkət edə biləcək qədər yüngülləşdi və kiçik oldu.