DYP: “Şamaxıda qəza zamanı ölüm halı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”backend

DYP: “Şamaxıda qəza zamanı ölüm halı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

İdarədən bildirilib ki, hadisə iyunun 12-si saat 22:50 radələrində yolun 108-ci kilometrliyində – Şamaxının “Acı dərə” deyilən ərazsindən keçən hissəsində qeydə alınıb:

“Belə ki, sürücü Pərviz Quliyevin idarə etdiyi sərnişin avtobusu hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Hazırda araşdırmalar davam edir”.

“Bəzi saytlar məlumat yayıb ki, hadisə zamanı ölum halı qeydə alınıb. Bir daha qeyd edirik ki, hadisə nəticəsində ölum halları baş verməyib. Bu, həqiqəti əks etdirmir”, – İdarənin açıqlamasında qeyd edilib.

Qeyd edək ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.