Ebeko vulkanının püskürməsindən ehtişamlı görüntü – VİDEObackend

Ebeko vulkanının püskürməsindən ehtişamlı görüntü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Saxalində (Rusiya) Ebeko vulkanının püskürməsi ilə bağlı maraqlı görüntülər paylaşılıb. Kadrlar turistlərdən biri tərəfindən dronun köməyi ilə təsadüfən çəkilib.

Qeyd edək ki, 1156 metr hündürlüyə malik Ebeko Böyük Kuril silsiləsinin ən aktiv vulkanlarından biridir. Burada doymuş kimyəvi tərkibi ilə axınları və çayları qidalandıran termal bulaqlar var. Vulkan ilk dəfə 1878-ci ildə ingilis tədqiqatçısı Con Miln tərəfindən təsvir edilib. Ebeko hazırda intensiv elmi araşdırmaların mövzusudur.