Əfqanıstanda partlayışlarda ölənlərin sayı 25-ə çatıbbackend

Əfqanıstanda partlayışlarda ölənlərin sayı 25-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş bir neçə partlayış nəticəsində azı 25 nəfər ölüb.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Aamaj News” agentliyi məlumat yayıb.

Bildirilib ki, daha çox ölüm sayı Dəşti-i Barçi rayonundakı Şəhid Əbdül Rəhim adına məktəbdə törədilmiş partlayış nəticəsində qeyd alınıb.

Ümumilikdə, Kabilin qərb hissəsində məktəblərin yaxınlığında 3 partlayışın törədilib.

Partlayışlardan birinin əl qumbarası ilə baş verdiyi bildirilir. Digər partlayışların səbəbləri açıqlanmır.

Agentliyin məlumatına görə, “Taliban” tərəfdarları jurnalistlərin hadisə yerlərinə yaxınlaşmasına imkan vermirlər. Onlar müxbirlərin kameralarını alıblar.