Əfqanıstanda tələbə və müəllimlərə geyim məhdudiyyəti TƏTBİQ OLUNDUbackend

Əfqanıstanda tələbə və müəllimlərə geyim məhdudiyyəti TƏTBİQ OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda tələbə və müəllimlərə geyim məhdudiyyəti tətbiq olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.

Əfqanıstanın “Fəzilətin təşviqi və əyriliyin qarşısının alınması Nazirliyi” ali məktəb tələbələri və müəllimlərinin, həmçinin orta məktəb şagird və müəllimlərinin geyiminə məhdudiyyətlər tətbiq edib.

Yeni qaydalara əsasən, hər kəs ənənəvi “şalvar-kamiz” geyimində olmalıdır. Bu geyim geniş şalvar və dizdən aşağı uzun köynəkdən ibarətdir. Köynəyin üzərindən jilet geyinmək də icazəlidir.

Qeyd edək ki, nazirlik daha əvvəl məktəblilər üçün eyni tələbi qoyaraq, onların başlarına dairəvi müsəlman papağı – “kufi” (və ya “takiyə”) taxmasını da məcburi etmişdi.

Xuraman Etibarlı

İnterpress.az