Əhməd Cavad yaradıcılığına həsr olunmuş qiraət layihəsi sona çatıbbackend

Əhməd Cavad yaradıcılığına həsr olunmuş qiraət layihəsi sona çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyi və Azərbaycan İncəsənət Məktəbinin təşkilatçılığı,ilə 29 yanvar 2023-cü il tarixində “Gənc qiraətçilər arasında Əhməd Cavad yaradıcılığının təbliği” layihəsi çərçivəsində son müsabiqə tədbiri keçirilib.

İnterpress.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, bədii qiraətçi Nadir Hüseynov, Respublikanın Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Məmmədsəfa Qasımov, Azərbaycan İncəsənət Məktəbinin müəllimi, pedaqoq və aktyor Məhəmməd Verdizadə, “Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyinin sədri Fərhad Abdulov müsabiqənin münsiflər heyəti kimi iştirak edib.

Layihə rəhbəri, Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov tədbirin açılışını edərək müsabiqənin münsiflərini və tamaşaçıları salamlayıb, layihə haqqında məlumat verib, müsabiqədə iştirak edən gənclərə uğurlar arzulayaraq münsiflər heyətini təqdim edib.

Müsabiqədə iştirak edən 15 nəfər gənc qiraətçi tar ifaçısı Elvin Səfərovun müşayiəti ilə Əhməd Cavadın yaradıcılığına müraciət edərək şeirlər söyləyib. Tədbirin sonunda münsiflər heyətinin qiymətləndirmələrinə görə Kazımova Əzizəxanım 1-ci yerə, Əliyeva Xanım 2-ci yerə, Azər Sahibi isə 3-cü yerə layiq görülüb. Qaliblər diplom və həvəsləndirici hədiyyələr ilə təltif olunublar.

Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “İdeyanı Reallaşdır-2022” qrant müsabiqəsinin qalibidir. Layihənin məqsədi gənclər arasında Əhməd Cavad və onun yaradıcılığının təbliğ edilməsidir.