Eko-faəllar Messini tənqid etdibackend

Eko-faəllar Messini tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina millisinin və PSJ klubunun hücumçusu Lionel Messiyə məxsus təyyarə son üç ayda 52 uçuş həyata keçirib və bununla da futbolçu ekoloqların tənqidinə tuş gəlib.

Mənbə yazır ki, Lionel Messinin 15 milyon avro dəyərində şəxsi təyyarəsi var və bu hava nəqliyyat vasitəsindən futbolçunun özü, ailə üzvləri və dostları istifadə edir.

Fransada fəaliyyət göstərən ekoloji təşkilatlar futbolçunu ətraf mühitə göstərdiyi biganə münasibətə görə tənqid edib, ulduz futbolçuya təyyarələrin atmosferə böyük miqdarda karbon qazı buraxdığını xatırladıblar.

Mənbə: L’Equipe