Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə vəzifəsindən azad olunub.
İnterpress.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, o, dövlət qulluğunda olmanın son yaş həddinə görə (pensiya yaşına çatdığı üçün – red) işdən çıxarılıb.
R.Səttarzadə 2021-ci ildən bu vəzifəyə təyin olunmuşdu.“Report”