Экс-спикер Radasının qətli ilə bağlı “rus izi”nin olduğu bildirilir.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Ukrayna Milli Polis rəisi cinayəti törədən şəxsin uzun müddət hazırlaşdığını, hər şeyi əvvəlcədən planlaşdırdığını açıqlayıb.
Onun sözlərinə görə, hücumdan sonra qatıl silahı atıb, paltarını dəyişib və ölkənin qərbində yerləşən Xmelnitski vilayətində gizlənməyə çalışıb.
Ukrayna KİV-lərinin məlumatına görə, şübhəlini bir il ərzində Rusiya xüsusi xidmət orqanları müharibədə həlak olmuş oğlunun meyitinin yeri barədə məlumatla şantaj ediblər.
Xuraman Etibarlı
İnterpress.az