İbrahim Anlaşmalarının Suriya ilə təkrarlanması mümkün deyil.
Interpress.az xəbər verir ki, Suriya prezidenti Əl-Şaraa ölkəsinin İbrahim Anlaşmalarına qoşulma ehtimalını istisna edib.
O bildirib ki, həmin sazişlər İsraillə mübahisəsi və sərhəd qonşuluğu olmayan ölkələr arasında imzalanıb:
“Suriyanın vəziyyəti fərqlidir. Bizim işğal altında olan Qolan təpələrimiz var”.
Dövlət başçısı həmçinin qeyd edib ki, Suriyanın parçalanmasına yönələn istənilən cəhd uğursuzluğa məhkumdur.
Onun sözlərinə görə, hazırda prioritet 1974-cü il ayrılma sazişinə qayıdışdır.
Əl-Şaraa əlavə edib ki, İsraillə mümkün təhlükəsizlik sazişinin imzalanması yalnız onun məzmunundan asılı olacaq:
“Əgər atacağımız addım ölkənin maraqlarına cavab verəcək və sabitliyə xidmət edəcəksə, bunu ictimaiyyətə açıqlayacağıq”.
Xuraman Etibarlı
Interpress.az