Elbrusda FACİƏ: Ata yaralandı, 11 yaşlı oğlu HƏLAK OLDUbackend

Elbrusda FACİƏ: Ata yaralandı, 11 yaşlı oğlu HƏLAK OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elbrus dağında bədbəxt hadisə baş verib: 11 yaşlı uşaq ölüb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiya xilasediciləri Elbrus dağında 4500 metr hündürlükdə olduqları müəyyən edilən yaralı ata və onun həyatını itirmiş 11 yaşlı oğluna kömək etmək üçün əraziyə yollanıblar.

Hadisə Stavropoldan gələn və marşrutlarını rəsmi qeydiyyatdan keçirməyən 40 yaşlı Roman və oğlunun dağa dırmaşması zamanı baş verib.

Zirvəyə qalxarkən uşaq müvazinətini itirib və yıxılmamaq üçün təhlükəsizlik trosundan tutub. Lakin metal bərkidici dözməyib, tros qopub və ata ilə oğul birlikdə hündürlükdən aşağı yuvarlanıb.

Hadisə nəticəsində azyaşlı uşaq ölüb, ayaqları qırılan və donma təhlükəsi ilə üzləşən ata isə xilasedicilərə zəng edərək hadisə barədə məlumat verib.

Gündəlik həyatda tikinti və ev təmiri işləri ilə məşğul olan Romanın əsas hobbisi dağçılıq olub. O, tez-tez oğlunu özü ilə dağ gəzintilərinə aparıb və bu, onların Elbrusa qalxmaq üçün ilk cəhdi olmayıb.

Hazırda xilasedicilər kəskin çətin relyef şəraitində qəza yerinə çatmağa çalışırlar.

Xuraman Etibarlı

İnterpress.аz