Eldar Əzizov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşübbackend

Eldar Əzizov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə səfərdə olan Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

İnterpress.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı sıx əməkdaşlığın əsas prioritetləri diqqət mərkəzində olub.

Gürcüstanla Azərbaycan arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusi qeyd olunub. Bildirilib ki, ölkələrimiz arasında möhkəm strateji tərəfdaşlıq, yaxşı dialoq, dostluq və əməkdaşlıq təcrübəsi var.

Baş nazir qeyd edib ki, regional əməkdaşlığın dərinləşdirilməsi iki ölkənin ümumi maraqlarına uyğundur.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan etibarlı tərəfdaş kimi birgə layihələrin həyata keçirilməsinə və inkişafına bundan sonra da mühüm töhfə verəcək.

Söhbət zamanı regionda və dünyada təhlükəsizlik vəziyyətinə toxunulub. Münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.

Hökumət administrasiyasında keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və hökumət aparatının rəhbəri Revaz Cavelidze iştirak ediblər.