Elektron qəlyanlar, siqaretlər (veyp) qadınlarda sonsuzluq yaradır.
Interpress.az xəbər verir ki, aparılan yeni tədqiqatlara görə, veyplər qadınların reproduktiv sağlamlığına ciddi ziyan vurur.
Mütəxəssislərin sözlərinə görə, elektron siqaretlər qadınların yumurta hüceyrələrini məhv edir və onların bərpası mümkün olmadığından bu, sonsuzluğa gətirib çıxara bilər.
Əgər kişilərdə yeni cinsi hüceyrələr davamlı olaraq yaranırsa, qadınlarda yumurta ehtiyatı tədricən azalır.
Alimlər bildirirlər ki, veyplərdəki nikotin qan damarlarını daraldır, hüceyrələri oksigensiz qoyur.
Bu da həm hamilə qalma prosesini çətinləşdirir, həm də doğulacaq uşağın inkişafında problemlərə səbəb ola bilər.
Xuraman Etibarlı
Interpress.az