Elman Manafov : “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq”backend

Elman Manafov“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın xarici ölkələrdəki diaspor nümayəndələri Şuşaya səfər ediblər. Səfər “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşdi.

 Diaspor fəalları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində erməni vandalizminə məruz qalmış və bu il yenidən Şuşaya qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarı bülbül” otelini ziyarət ediblər.

 İnterpress.az xəbər verir ki, Səfərdə iştirak  edən “Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı nəzdindəki Azərbaycan Gəncləri Birliyinin (AGB) sədri Elman Manafov Şuşa ilə bağlı təəssüratlarını Diasporpress.az-la bölüşüb.

AGB – sədri Elman Manafov bildirib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi bundan sonra da Azərbaycan həqiqətlərini və Qarabağda ermənilərin törətdiyi vandalizimi  Sankt-Peterburqda təbliğ etməyə davam edəcək.

 “Şuşa səfəri ilə bağlı  təəssüratım çox yüksəkdir. Şuşalı olmasam da, o torpaq mənim üçün çox önəmlidir. Şəhər çox sürətlə bərpa olunur. Yenidənqurma işləri aparılır.

 Bundan sonra əsas işimiz Qarabağın dirçəlməsinin təbliğatını aparmaq olmalıdır. Qarabağ həqiqətlərinin, işğal zamanı törədilmiş vandalizm aktlarının Rusiya xüsusən  Sankt-Peterburq cəmiyyətinə çatdırılması üzərində çalışırıq.

 Xaricdə yaşayan azərbaycanlı, diaspor nümayəndəsi olaraq Şuşaya səfər etməyim mənim üçün yaddaqalan oldu. O torpağı görmək, ayaq basmaq dilə gətirilə bilməyəcək qədər gözəl hissdir. Bu səfərə məni dəvət edən Diasporla İş Üzrə Dövlət Komitəsinin bütün əməkdaşlarına və komitə rəhbərliyinə təşəkkür edirəm.”