Elnur Babayev: “Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır” – FOTObackend

Elnur Babayev: “Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin avqust ayından başlayaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin, aidiyyəti müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi qaydaları mövzusunda maarifləndirmə tədbirləri həyata keçirilir.

Bu barədə açıqlamasında FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev məlumat verib.

O bildirib ki, həmin tədbirlərin keçirilməsində məqsəd yanğına qarşı qabaqlayıcı tədbirlərə riayət edilməsidir:

“Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Bu tədbirlərdə məqsədimiz pambıq zavodu, tədarük məntəqəsi, qurutma-təmizləmə sexləri və təsərrüfatlarda tələb olunan yanğına qarşı rejimə əməl olunması və bu sahədə icrası vacib olan tədbirlərin vaxtında yerinə yetirilməsinin təmin edilməsidir. Eləcə də vətəndaşlarımız bir daha yanğın təhlükəsizliyi sahəsində maariflənmiş olurlar. Bu istiqamətdə silsilə tədbirlərin davam etdirilməsi gözlənilir”.

 

İnterpress.az