Emal zavodunda kişi qarğıdalıda boğularaq ÖLDÜ – Rəhbərlik HƏBS OLUNDUbackend

Emal zavodunda kişi qarğıdalıda boğularaq ÖLDÜ – Rəhbərlik HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Primorskda kişi qarğıdalıda boğularaq ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rusiyanın Primorsk diyarında qarğıdalı emalı zavodunda faciə baş verib.

Məlumata görə, Mixaylovka qəsəbəsindəki müəssisədə əmək təhlükəsizliyi üzrə rəhbər işçisinə silosa daxil olaraq içəridə qalıq dən olub-olmadığını yoxlamağı tapşırıb.

Qaydalara görə, silosda məhsul qaldıqda ora girmək qəti qadağandır. Lakin aparatçı içəri daxil olub yoxlama zamanı yığılıb qalmış qarğıdalıya toxunub və üstünə böyük kütlə ilə qarğıdalı tökülüb.

Hadisədən sonra həmkarları onu çıxarsa da, qarğıdalı nəfəs yollarını bağladığı üçün xilas etmək mümkün olmayıb.

Məhkəmə rəhbəri əməyin mühafizəsi qaydalarını pozmaqda təqsirli bilərək 1 il 6 ay şərti həbs cəzasına məhkum edib və bu müddət ərzində oxşar vəzifələrdə işləməsi qadağan olunub.

Xuraman Etibarlı

İnterpress.az