Əməkdar artist Cabir İmanov vəfat edibbackend

Əməkdar artist Cabir İmanov vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Cabir İmanov vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

Məlumat üçün bildirək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN “Əsrin Çempionu” olub. 2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyoru olub. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəli idi, 4 övladı var.