“Ən əsas iş prioritetim gənclər sahəsidir”- “Gürcü arzusu” partiyasının namizədi Zaur Darğallı ilə- MÜSAHİBƏbackend

“Ən əsas iş prioritetim gənclər sahəsidir”- “Gürcü arzusu” partiyasının namizədi Zaur Darğallı ilə- MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

 İnterpress.az “Gürcü arzusu” partiyasının Marneulidən olan majoritar namizədi Zaur Darğallı ilə müsahibəsini təqdim edir.

 Siz 2017-ci ildə Kvemo Kartli bölgə qubernatorunun müavini vəzifəsində çalışmısınız. 2019-cu ildən Marneuli munisipalitetinin meri olmusunuz. Azərbaycanlıların yaşadığı regionda vaxtilə mühüm vəzifələrdə çalışdığınız üçün soydaşlarımızı, xüsusən də gəncləri qayğılandıran problemləri hər kəsdən daha yaxşı bilirsiniz. O problemlərin həlli üçün indiyə qədər hansı işləri görmüsünüz? Müsbət nəticələr varmı?

Gənclik illərimdən bu günədək mənim işim icma ilə olub. İstər ictimai sektorda istərsə də dövlət işində hər daima çalışmışam ki əhaliyi narahat edən problemləri dərindən araşdırıb onların həlli istiqamətində çalışım. Bir çox mühüm layihələr həyata keçirmişik. Lakin hər vəzifənin öz masştabı və öhdəlikləri var. Bəzən daha geniş fəaliyyət üçün o çərçivəyi aşmaq mümkünsüz olur. Lakin Marneuliyə mer seçiləndən sonra fəaliyyət istiqamətim dəyişdi və daha geniş şəkildə çalışa bildik. Beləliklə, Marneuli meri olaraq bir il fəalliyət göstərdim. Tam əminliklə deyə bilərəm ki, bir il ərzində verdiyim vədlərin 90% yerinə yetirə bildim. Bizim üçün əsas problemlərdən biri infrastrukturla bağlı idi. O cümlədən Su məsələsi bizim üçün ən önəmli məsələlərdəndir. Bir çox kəndlərdə bu problem illərdir ki, mövcud idi. Bu məsələni biz köklü şəkildə həll etdik. Bir çox böyük kəndlərdə su xətləri əsaslı şəkildə salındı, yeni su anbarları inşa edildi. Əgər 2012-ci ildə su ilə təminat 10% idisə biz bu faizi 85-90% qaldırdıq.

2021-ci ilədək bu layihə tam olaraq başa çatacaq və əhali 24 saatlıq içməli su ilə təmin ediləcəkdir. Biz çalışırıq bu problemi əsaslı şəkildə həll edək buna görə də bəzi kəndlərdə bu məsələnin həlli biraz çox zaman aldı. Lakin söz verdiyimiz kimi susuz heç bir ev qalmayacaqdır.

Eyni zamanda mərkəzi və daxili yolların asfaltlaşdırılması prossesi sürətlə həyata keçirildi. Yaxın gələcəkdə Marneulidə asfaltsız yol qalmayacaqdır biz buna söz veririk. Küçələrin işıqlandırılması və tullantılar üçün konteynerlərin quraşdırılması da həmçinin həyata keçirildi.

Bilirsiniz ki, mən uzun müddət gənclər sahəsində çalışmışam və gəncliyin problemləri ilə yaxından tanışam. Buna səbəb olaraq ən əsas iş prioritetim gənclər sahəsidir. Mer seçildikdən sonra da elə ilk addımlarımızdan biri bu sahə oldu. Meriada gənclərlə işləyən xüsusi şöbələr var, ilk dəfə biz tələbə-gənclərin inkişafı istiqamətində mühüm konsepsiya hazırladıq.

“Gənclər layihəsi 2020” konsepsiyası bir neçə əsas layihədən ibarətdir:

Təqaüd proqramları (tələbələrin yol xərclərinin ödənməsi. Yüksək nəticə ilə təhsil alan gənclərə ildə bir dəfəlik 1000 lari dəyərində mükafatın verilməsi, aztəminatlı ailədən olan gənclər üçün xüsusi imtiyazlar)

Gənclərin idealarına dəstək (kiçik qrant müsabiqələrin keçirilməsi)

Dəyişim proqramları (ekskursiyalar, şəhərlərarası kommunikasiya) və s.

Konsepsiyaya əsasən gənclərin idealarının dəstəklənməsi üçün meria tərəfindən kiçik qrantların ayrılması, tələbələr üçün təqaüd proqramları, tələbələrin yol nəqliyyat haqqlarının qarşılanması, gəzintilər, müxtəlif aktivliklər təşkil edirik. Eyni zamanda tələbələr üçün meriada təcrübə proqramları var ki, bu proqram nəticəsində onlarla gənci işlə təmin edə bildik.

Dövlət dilinin inkişfı və milli azlıq olan gənclər arasında əlçatan edilməsi üçün ölkədə və bölgəmizdə çoxsaylı layihələr həyata keçirilir, onlardan biri Jvania Administrativ məktəbinin Marneulidə təmənnasız kursların keçirilməsini də qürurla qeyd edə bilərik. Gənclərin asudə vaxtlarının keçirilməsi istiqamətində tərəfimizdən sistemli şəkildə aktivliklər keçirilir. Mərkəzi kitabxananın fəaliyyəti, müxtəlif idman klublarının işləri bu istiqamətdə böyük uğurlara imza atmaqdadır. İdman sahəsi də bizim üçün önəmli məsələlərdəndir, demək olar ki, hər vahidlikdə yüksək standartlara uyğun idman meydançalarının salınma prosessi uğurla həyata keçirilir. Marneulidə uzun zamandır istifadəsiz qalan mərkəzi stadionun inşasına yaxın zamanda başlanılacaqdır və bu stadion yüksək standartlara uyğun şəkildə salınıb əhalinin ixtiyarına veriləcəkdir.   Bu tip işlərin görülməsi bundan sonra da davam edəcəkdir

Təbii ki görülən işlər çoxdur bundan sonra da ikiqat enerjiylə çalışacağıq.

Soydaşlarımızın yaşadıqları iki böyük rayondan sizin namizdəliyinizin irəli sürülməsi üzərinzə böyük məsuliyyət qoyur. Seçkilərdə qalib gələcəyiniz təqdirdə gənc bir kadr olaraq bu etimadı necə doğrultmağı düşünürsünüz?

İlk öncə mənim üzərimə bu böyük məsuliyyəti qoyub mənə inandığı üçün partiyamızın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Marneuli və Qardabani mənim üçün doğma rayonlardır. Marneulidə anadan olmuşam, mənim ailəm və nəslim burada yaşayır özüm də bugünümü və gələcəyimi bu rayonla bağlamışam. Ona görə də Marneulinin inkişafı mənim üçün çox önəmlidir. Bilirsiniz ki, bir ildir ki bu munisipalitetin meri vəzifəsində çalışıram və bu müddət ərzində çalışdım ki, mövcud olan problemlərin aradan qaldırılması istiqamətində işlər görüm lakin təbii ki, yenədə problemlər mövcuddur çalışacağam ki, onların da həllinə nail ola bilim. Qardabani munsipalitetini yaxından tanıyıram. Kvemo Kartli bölgəsinin qubernator müavini çalışdığım zamanlar tez tez bu bölgəyə səfər edib oradaki durumla maraqlanardım.

Son illlər ərzində Qardabanidə çox böyük layihələr həyata keçirilibdir. İnfrastrukturla bağlı bir çox problem həll edilib, onlardan şəhər və kəndlərdə mərkəzi və daxili yolların asfaltlaşdırılması, işıqlandırılması, ən mühüm və əsrin layihəsi hesab edilən su xəttlərinin dəyişdirilməsi və əhaliyi 24 saatlıq içməli və suvarma suyu ilə təmin olunmasıdır. Eyni zamanda rayonda uşaq bağçalarının tikintisi sürətlə davam edir. Yüksək standartlara cavab verən və təchid edilən bağçalar kəndlərin bir çoxunda mövcuddur. Skverlərin, parkların və idman meydançalarının da salınması prosessi sürətlə davam edir. Eyni zamanda munisipalitetdə təcili yardım xidmətinə aid avadanlıqların dəyişdirilməsi görülən işlərdəndir. Qardabaninin mərkəzində ədliyyə evinin inşaası isə əhali üçün bu xidmətlərin göstərilməsi və rahatlığı istiqamətində olduqca mühüm rol oynayan layihələrdəndir. Təbii ki, orada çoxsaylı problemlər də var, hansılar ki, illərdir həllini gözləyir, düşünürəm ki, seçkilərdən sonra Qardabani daha da inkişaf edəcək bunun üçün əlimdən gələni edəcəyəm. Eyni zamanda Marneuli və Qardabani sakinləri arasında körpü yaradıb qarşılıqlı faydalı işlərin görünməsi istiqamətində öz töhfələrimi verəcəyəm.

Platformamızın əsas prioritetləri infrastruktur layihələrinə, sosial məsələlərə və gənclər idman sahəsinə yönəlibdir, bundan başqa ən vacib məsələ regiona investorların cəlb edilməsidir. Bununla biz işsizlik faizini minimuma endirib yeni iş yerlərinin açılması üçün əlimizdən gələni edəcəyik.

Dünyada yayılan COVİD-19 pandemiyası Gürcüstandan da yan keçmədi. Marneuli munisipaliteti qırmızı zona elan edilən ilk bölgələrdən oldu. Bu durumla əhaliylə işlər necə aparıldı və yaranan problemlər necə aradan qaldırıldı?

Dünyada yayılmış bu virus təəssüflər olsun ölkəmizə də gəldi, lakin ilk öncə onu vurğulamaq yerinə düşər ki, ölkəmiz bu virusla mübarizədə uğur əldə edən ölkələrin ilk sıralarındadır. Bu qürurverici faktdır.

Bilirsiniz ki, Marneuli də COVİD-19 virusunun yayılması ilə bağlı əziyyət çəkən ilk bölgələrdən oldu. Bir aydan çox müddət Marneuli və Bolnisi munisipalitetləri qırmızı bölgə elan edilərək izolyasiya rejiminə keçdi. Təbii ki, bu rejimdə yaşamaq hər kəs üçün ciddi problemlər, fəsadlar və narahatçılıqlar yaratdı. İnsanlar gəlir yerini itirdilər, xəstəlik sürətlə yayıldı, bir çox problemlər yarandı. Bu dövr ərzində mən və komandamız gücləndirilmiş iş rejiminə keçərək əhalinin üzləşdiyi hər növ problemin həll olunması üçün səfərbər olduq. Hər sahə üzrə xüsusi komissiyalar yaradılaraq maksimum çalışdıq, xalqın yanında olaq. Şübhəsiz ki, kənd təssərrüfatı bölgəsi olduğumuz üçün əsas problem məhsulların bazarlarda realizə olunması idi. Operativ şəkildə biz bir neçə şirkətlə əlaqə saxlayaraq önəmli müqavilələr bağladıq və bu problemi aradan qaldırdıq. Tam məsuliyyət və əminliklə deyə bilərəm ki, Marneulidə heç bir məhsul yerdə qalmadı, satış hər gün olmaqla  yerində həyata keçirilirdi. Məhsulları ölkənin və yerli bazarlarda realizə olunmasını təşkil etdik.

Eyni zamanda işlərini itirmiş vətəndaşlar, aztəminatlı ailələr, çoxuşaqlılar və ahıllar ərzaq problemi ilə üzləşdilər. Bu problemin həll edilməsi üçün yaradılmış komissiya həmin ailələrlə təmasa keçərək onlarla görüşdü və lazımlı ərzaq, dərman, uşaq qidası və s kimi yardımlar edildi. Ümumilikdə 11 min bağlama ilə 8500 ailəyə yardım etdik.

Əhalinin sağlamlığının qorunması üçün üç dəfə termoskininq proseduru həyata keçirildi ki, əhalimizin böyük hissəsi bu testdən keçdi.

Ümumilikdə yerli büdcədən 300 minə yaxın lari vəsait ayrılmışdır. Eyni zamanda könüllü iş adamları da fəal şəkildə bu aksiyaya qoşularaq yardımlar etdilər.

Bu və digər istiqamətdə gördüyümüz işlərdə sakinlərimizin dəstəyi, birliyi, istənilən məsələdə aktivliyi bizi çox sevindirdi. El birliyi ilə bu çətin günlərdən ciddi fəsadlarsız çıxa bildik. Mən bir daha hər kəsə minnətdarlığımı bildirirəm.

– Gürcüstanda çoxsaylı partiyalar olduğu halda “Gürcü arzusu”nu seçmənizin səbəbi nədir?

– Demokratiyanın ən çox inkişaf etdiyi ölkələr partiya çoxluğu ilə və siyasi hərəkatları ilə seçilir. Hər bir insan şəxsi siyasi baxışlarına uyğun gələn partiyaya üzv olur. Bəzən həmin seçim özünü doğrultmayanda insanlar başqa partiyada tapır öz idealarını, bu normal haldır. Gürcü arzusu hakimiyyətə gəlmədən öncə ölkədə çox mühüm, inkişafa mane olan problemlər vardı. Partiyanın ilk günlərdə irəli sürdüyü platforma, vədlər və idealar mənim baxışımla üst üstə düşdü. Heç bir tərəddüd etmədən bu partiyanın sıralarına qoşuldum və yanılmadım. “Gürcü arzusu” demokratik Gürcüstan partiyası hakimiyyətə gələn gündən bu günədək ölkə günü gündən inkişaf edir, demokratik dəyərlər qorunaraq ali tutulur, vətəndaşların ümumi rifahı düzəlib, ən əsası bölgəmizdəki bir çox illərlə qalan problemlər həll edilib, bu da o deməkdir ki, insanların yaşam tərzi dəyişməkdədir. Bir çox misallar buna sübutdur. Bu səbəbdən bu partiya mənim üçün ən doğru seçimdir. Xalqımızın bizə hər seçkidə dəstəyindən də göründüyü kimi, xalq da bizə inanır və rəğbət bəsləyir, bu isə ən mühüm olan faktdır.

– Seçicilərinizə son sözünüz nədir? Onlara əlavə olaraq nəyi çatdırmaq istərdiniz?

– Öncə, üzərimə bu böyük məsuliyyəti qoyub mənə inandığı üçün partiyamızın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Marneuli və Qardabani mənim üçün doğma rayonlardır. Marneulidə anadan olmuşam, mənim ailəm və nəslim burada yaşayır, özüm də bu günümü və gələcəyimi bu rayonla bağlamışam. Qardabani də mənim üçün doğmadır, insanları əzizdir. Hər şeydən öncə, seçicilərim qarşısında məsuliyyətim, parlamentdə onların layiqli səsi olmaqdır. Bu məsuliyyəti üzərimə götürərək onları əmin etmək istəyirəm ki, hər zaman onların yanlarında olacağam, verdiyim sözlərin hamısını yerinə yetirəcəyəm. Bunu marneulilər yaxşı bilir. Bir illik merlik dövrümdə və bundan öncə çalışdığım vəzifələrdə hər zaman əlimdən gəldiyinin artığını etmişəm ki, xalqın etimadını doğrulda biləm. Buna görə üzümü tutub hər bir seçicimə dərin minnətdarlığımı bildirirəm. Onlar bir dəfə mənə güvənib səslərini etibar etdilər. Bu seçkidə də məni dəstəkləyəcəklərinə əminəm. Çünki mənim üçün əsas hədəf xalqımın rifahı olub. Bir il öncə, eləcə də bu gün onların qarşısına üzüağ, yerinə yetirilmiş vədlərin hesabatı ilə çıxa bilirəmsə, əmin olun ki, dörd il ərzində də hər görüşdə seçicilərimin qarşısına təmiz vicdanla, görülmüş bir çox işlərin hesabatı ilə çıxacağam. Biz ölkəmizi birlikdə inkişaf etdirəcəyik. Birlikdə Gürcüstanın uğuru naminə.

 

Zaur Darğallı 4 iyul 1988-ci ildə anadan olub. İlia adına Dövlət Universitetinin kompüter texnologiaları və ingilis dili ixtisası üzrə təhsil alıb, bakalavr dərəcəsi üzrə həmin universiteti bitirib. Marneuli Gənclər Mərkəzinin yaranmasında iştirak edib. Həmin proqram çərçivəsində Avrasia İnkişaf Fondu komitəsinin və marneuli gənclər şurasının üzvü olub. 2007-2011-ci illərdə Müharibə və Sülh İnstitutu (IWPR), Qafqaz Jurnalistləri Şəbəkəsi, Regional Jurnalistlər Şəbəkəsi, İcma Radiosu, “Timer” qəzeti kimi media təşkilatlarında çalışıb. 2011 – 2013- cü illərdə Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinator müavini, növbəti illərdə isə USAD ofisinin koordinatoru vəzifəsində çalışıb. 2013-cü ildə Gürcü arzusu” koalisiasının Marneulidə gənclər şöbəsinin rəhbəri olaraq çalışan Zaur Darğallı, elə həmin ildə baş tutan prezident seçkilərində Marneuli rayon qərərgahının işlərində fəal şəkildə iştirak edib. Bundan əlavə Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstanın Dövlət Nazirinin Kvemo-Kartli bölgə təmsilçisi olub. 2017-ci ildə Kvemo Kartli bölgə qubernatorunun müavini vəzifəsində çalışıb. 2019-cu ildən etibarən Marneuli munisipalitetinin meridir.
Gürcü, azərbaycan, rus,ingilis, türk dillərini bilir, ailəlidir, 2 övladı var.

 

İnterpress.az