Mindən çox HƏMAS yaraqlısı hazırda Türkiyə xəstəxanalarında müalicə olunur.
İnterpress.az TRT Haber-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Ərdoğan Yunanıstanın baş naziri Mitsotakislə keçirdiyi mətbuat konfransında bildirib.
“1000-dən çox Həmas yaraqlısı hazırda Türkiyə xəstəxanalarında müalicə olunur”, – Ərdoğan deyib.
O, bir daha HƏMAS-ı terror təşkilatı kimi tanımaqdan imtina edib və onun “ərazilərini müdafiə edən müqavimət hərəkatı” olduğunu qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az