Erməni əsilli rusiyalı döyüşçü Arman Tsarukyan aprel ayında döyüşə girməzdən əvvəl baş vermiş insidentə görə ABŞ-də diskvalifikasiya edilib.
İnterpress.az xəbər verir ki, bu barədə jurnalist Con Morqan X sosial şəbəkəsində məlumat verib.
Aprelin 14-də Las-Veqasda UFC 300 döyüş gecəsi keçirilib, Tsarukyan turnir çərçivəsində braziliyalı Çarlz Oliveyra üzərində qələbə qazanıb.
Döyüşə çıxan idmançı oktaqona gedərkən Tsarukyana təhqiredici jest – orta barmağını göstərən tamaşaçılardan biri ilə münaqişəyə girib və həmçinin onu vurmağa cəhd edib.
İndi o, 2025-ci il yanvarın 12-nə kimi diskvalifikasiya edilib.
Xuraman Etibarlı
İnterpress.az