Ermənilər Parisdə mitinqə terrorçu PKK bayrağı ilə çıxdılar – FOTObackend

Ermənilər Parisdə mitinqə terrorçu PKK bayrağı ilə çıxdılar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə erməni lobbisinin təxribat xarakterli addımları davam edir.

Bu gün onlar öz işğalçı ordularına guya dəstək məqsədilə aksiya keçiriblər.

Aksiyanın ən diqqətçəkən məqamı xəbis niyyətlərini gizlədə bilməyən ermənilərin bütün dünyada terrorçuluq fəaliyyəti ilə məşğul olan PKK bayrağını açması olub.

Mütəmadi olaraq, Azərbaycan – Ermənistan cəbhəsində baş verənlərlə bağlı təxribat xarakterli məlumatlar, dezinformasiyalar yayan ermənilər PKK bayrağı açmaqla, əslində, kimin əlinin kimin cibində olduğunu göstəriblər.

Ölkəmizə qarşı çirkin qarayaxmalarından əl çəkməyən düşmən münaqişəyə üçüncü dövlətləri cəlb etmək məqsədilə tez-tez Azərbaycana ikinci tərəflərin kömək etdiyi ilə bağlı informasiyalar yayırlar. Bu foto ilə terrorçu Ermənistana, əslində, terrorçuların dəstək göstərdiyi aydın olur.

 

İnterpress.az