Ermənistan Müdafiə Nazirliyi: “Hərbçilər arasında ölənlər və yaralılar var”backend

Ermənistan Müdafiə Nazirliyi: “Hərbçilər arasında ölənlər və yaralılar var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölənlər və yaralananlar var”

Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

“Məlumatlar indi dəqiqləşdirilir”-deyə, o əlavə edib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.