Ermənistan rəsmisi Gəncəliyevi ölümlə hədələdibackend

Ermənistan rəsmisi Gəncəliyevi ölümlə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev Ermənistan parlamentinin əməkdaşı Lilit Gözəlyanın təhdidinə məruz qalıb.

Bu barədə T.Gəncəliyevin özü məlumat verib.

“Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edir. Ermənistanın uzun illərdir yaratdığı azərbaycanofobiya və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür”, – deyə icma sədri vurğulayıb.

 

İnterpress.az