Ermənistanda ETİRAZ AKSİYASI – “Şimal-Cənub” dəhlizinin yolunu BAĞLADILARbackend

Ermənistanda ETİRAZ AKSİYASI – “Şimal-Cənub” dəhlizinin yolunu BAĞLADILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər “Şimal-Cənub” dəhlizinin yolunu bağlayıblar.

interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, bu gün, iyulun 23-də Talin-İrəvan magistralının yaxınlığında yerləşən kəndin sakinləri körpünün tikintisini tələb edərək “Şimal-Cənub” dəhlizinin yolunu bağlayıblar.

Etirazçıların sözlərinə görə, onların kəndinə gedən yol yoxdur. Aksiya yerinə polis qüvvələri cəlb edilib. Müəyyən bir məqamda vəziyyət gərginləşsə də, polis güc tətbiq etdikdən sonra yolu açıb.

Xuraman Etibarlı

İnterpress.az