Ermənistanda intiharların və intihara cəhdlərin sayı kəskin artıb.
interpress.az xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, 2024-cü ilin ilk altı ayında Ermənistanda 422 intihar və intihara cəhd hadisəsi qeydə alınıb, onlardan 107-si ölümlə nəticələnib.
Milli Statistika Komitəsinin məlumatına görə, intihar və intihara cəhd halları əvvəlki illə müqayisədə 120 fakt artıb.
2022-ci ilin eyni dövründə 312, 2023-cü ildə 302 hadisə qeydə alınıb.
Ölümlə nəticələnən intiharların sayı da artıb. 2022-ci ildə: 90, 2023-cü ildə: 97.
Xuraman Etibarlı
İnterpress.az