Ermənistanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – 12 nəfər xəstəxanaya YERLƏŞDİRİLDİbackend

Ermənistanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – 12 nəfər xəstəxanaya YERLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda restoranda kütləvi zəhərlənmə baş verirb, 12 nəfər xəstəxanaya yerləşdirilib.

Interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistanda “Armavir Garden” adlı ictimai iaşə obyektində yeməkdən sonra zəhərlənən 12 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ilkin olaraq qida zəhərlənməsi diaqnozu ilə Armavir Tibb Mərkəzinə iki nəfər müraciət edib. Onların vəziyyətinin göbələk şorbası içdikdən sonra pisləşdiyi bildirilib.

Daha sonra məlum olub ki, həmin restoranda toyuq qanadı, toyuq salatı və toyuqlu pizza yeyən daha 10 nəfər də tibbi yardım üçün müraciət edib.

Restorandan götürülən qida nümunələri ekspertizaya göndərilib.

Xuraman Etibarlı

Interpress.az