Erməistanda orta məktəb direktoru mənimsəmədə ittiham olunur, cinayət işi məhkəməyə göndərilib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Antikorrupsiya Komitəsinin apardığı ilkin istintaq nəticəsində “Lernuta orta məktəb”in direktoru 2023-cü il ərzində vəzifə səlahiyyətlərindən istifadə edərək 485 000 dram (təxm. 2 170 man.) maliyyə vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Araşdırma zamanı müəyyən edilib ki, direktor idarə etdiyi təşkilatın əmlakı və maliyyə resurslarını, həmçinin vəzifəsindən qaynaqlanan nüfuzunu şəxsi məqsədləri üçün istifadə edib.
Təqsirləndirilən şəxsə qarşı rəsmi ittiham irəli sürülüb. Cinayət işi Antikorrupsiya Məhkəməsinə göndərilib və istintaq materialları ilə birlikdə ittiham aktı təqdim olunub.
Xuraman Etibarlı
İnterpress.az