“Ermənlərin etirazları başa düşüləndir” – POLİTOLOQbackend

“Ermənlərin etirazları başa düşüləndir” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxın 4 anklav olmayan kəndinin qaytarılması sonrası Ermənistanda baş verən etirazlar əslində başa düşüləndir. Ümumiyyətlə, nəzər almaq lazımdır ki, 30 il ərzində böyük Ermənistan xülyasında yaşayan, dənizdən-dənizə Ermənistan qurmağı xəyal edən bir xalqın bu gün bu prosesləri görməsi və bu proseslərə bu cür reaksiya verməsi hardasa anlaşılandır.

Qazaxın işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılmasından sonra Ermənistanda baş verə prosesləri İnterpress.az-a şərh edən politoloq Turan Rzayev etirazların ciddi  nəticələrə səbəb olmayacağını bildirib.

“Qazaxın 4 anklav olmayan kəndinin qaytarılması sonrası Ermənistanda baş verən etirazlar əslində başa düşüləndir. Ümumiyyətlə, nəzər almaq lazımdır ki, 30 il ərzində böyük Ermənistan xülyasında yaşayan, dənizdən-dənizə Ermənistan qurmağı xəyal edən bir xalqın bu gün bu prosesləri görməsi və bu cür reaksiya verməsi təbiidir.

Yəni şüur olaraq, mentalitet olaraq və ideoloji cəhətdən 30 il sonra fərqli bir siyasi prosesinin şahidi olurlar. Amma bütün bunlar real nəticəni dəyişmir. Faktik olaraq, baş verən siyasi proseslər konkret bir plan və kurs əsasında icra edilir.

Ermənistan tərəfi də regionda sülhün olmasını istəyirsə, bu məsələlərdə daha aktiv olmalıdır. Hər halda dörd kəndin qaytarılması iki ölkə arasında gedən sülh prosesini və danışıqlar baxımından pozitivdir.

Bu proses qarşılıqla etimad mühitinin yaranmasına gətirib çıxaracaq və bundan sonra artıq şərti sərhədin Tavuş bölgəsindən cənaba doğru delimitasiya məsələsi daha rahat həll edilə bilər. Yəni, bu ərazilərin delimitasiya-demarkasiyası konkret xəritələr və razılaşmalar əsasında həlli mümkündür.

Əsas sətin məsələ Tavuş bölgəsindəki bu kəndlərlə bağlı idi. Təbii ki,  bundan sonrakı prosesləri zaman göstərəcək, amma Sərhət Komissiyalarının görüşlərinin uğurlu nəticələrini görürük. Bundan sonraki görüşlərdə də real nəticələrin əldə ediləcəyini demək olar”, – politoloq deyib.

Hazırda Ermənitanda baş verən aksiyalara münasibət bildirən politolq qeyd edib ki, bu hadisələr Paşinyanın devrilməsinə gətirib çıxarmayacaq.

“Ermənistanda baş verən aksiyalara gəldikdə isə bu aksiyalar təbiidir və o qədər ciddi effekt verəcəyini düşünmürəm. Yəni bu, Paşinyana qarşı bir xalq hərəkatına və ya onun devrilməsində gətirib çıxarmayacaq. Yəni müvəqqəti olan bir aksiyadır.

Xalq özü də yaxşı başa düşür ki, bu məsələ nəyə görə icra edilir. Yəni sürh istəyirlərsə, müharibən olmasını, regionda qan tökülməsini istəmirlərsə, bu məsələlərin həlli mütləqdir”, – Turan Rzayev vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az