Əsirlərin qaytarılması sülh müqaviləsinin imzalanması ilə əlaqəli deyil – Paşinyanbackend

Əsirlərin qaytarılması sülh müqaviləsinin imzalanması ilə əlaqəli deyil – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan məhbusların qaytarılmasını sülh müqaviləsinin imzalanması ilə əlaqələndirmir.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.

Ermənistanın baş nazirinin sözlərinə görə, sülh sazişinin mətni üzrə danışıqlar 2022-ci ilin yazında başlayıb.

“Biz bu məsələnin sazişə daxil edilməsi üçün ciddi səylər göstərmişik. Lakin danışıqlar nə qədər uzun davam etsə, bir o qədər aydın oldu ki, Azərbaycanda həbsdə olan soydaşlarımızın məsələsinə daxil edilməsi yalnız müqavilənin imzalanmasından və ratifikasiyasından sonra onların geri qaytarılması şərti kimi şərh edilə bilər. Amma biz belə bir müddəanı rəhbər tutmamışıq və rəhbər tutmuruq”, – Paşinyan deyib.

Xuraman Etibarlı

İnterpress.az