Putin sülh danışıqlarını qəsdən uzadır.
İnterpress.az xəbər verir ki, bu barədə Estoniya xarici kəşfiyyat xidmətinin rəhbəri Kaupo Rozinin “Associated Press” (AP) agentliyinə verdiyi müsahibəyə istinadən məlumat yayıb.
Kaupo Rozinin fikrincə, Rusiya rəhbərliyi Ukrayna üzrə sülh danışıqları prosesində ABŞ ilə konstruktiv əməkdaşlıq etmək niyyətində deyil.
Kəşfiyyat rəhbəri bildirib ki, Moskva hazırda sadəcə vaxt qazanmağa və ABŞ-ni aldatmağa çalışır.
Rozin bu qənaətə Rusiyanın “daxili diskussiyalarını” təhlil edərək gəldiklərini qeyd edib.
Onun sözlərinə görə, Rusiya rəhbərliyində ABŞ ilə real əməkdaşlıq məsələləri ümumiyyətlə müzakirə olunmur.
Estoniyalı rəsmi həmçinin vurğulayıb ki, Kreml lideri Vladimir Putin hələ də Ukrayna üzərində nə vaxtsa tam hərbi qələbə qazanacağına inanır. Bu isə o deməkdir ki, mövcud müharibə daha bir neçə il davam edə bilər.
Xuraman Etibarlı
İnterpress.az






