Everestdə möcüzəvi XİLAS: 6 gün susuz və yeməksiz qalan şerpa SAĞ TAPILDI – FOTObackend

Everestdə möcüzəvi XİLAS: 6 gün susuz və yeməksiz qalan şerpa SAĞ TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Everestdə 6 gün susuz və yeməksiz qalan şerpa-bələdçi xilas edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Himalayan Times” məlumat yayıb.

Everest dağında inanılmaz xilasolma hadisəsi qeydə alınıb. 52 yaşlı bələdçi Dava Şerpa 6 gün ərzində heç bir ərzaq, su və oksigen ehtiyatı olmadan dağda sağ qalmağı bacarıb.

Hadisə mayın 29-da baş verib. Dava Şerpa polşalı alpinisti Everestin zirvəsindən aşağı endirərkən, alpinistin donvurma xəsarəti alması səbəbindən eniş yarımçıq dayandırılıb.

Naməlum səbəblərdən şerpa “Sarı zolaq” adlanan sıldırım qayalıq ərazidə tək qalıb. Polşalı alpinistlər öz düşərgələrinə çatsalar da, Dava oraya çata bilməyib.

Onun işlədiyi “Himalayan Traverse” şirkəti axtarış üçün qrup göndərməyib. Yalnız iyunun 3-də başqa bir şirkət helikopterlə axtarış təşkil etsə də, nəticə olmayıb.

Nəticədə Dava Şerpa təkbaşına enişə başlayıb. İyunun 4-də Everestdə zibil toplayan bir komanda yerdə sürünən şerpanı təsadüfən aşkar edib.

Onun təxminən 3 kilometrlik məsafəni təkbaşına qət etdiyi güman edilir. Helikopterlə Katmandudakı xəstəxanaya çatdırılan ağır donvurma və tükənmə keçirmiş bələdçi çətinliklə danışa bilib.

“The Himalayan Times”ın məlumatına görə, 2026-cı ilin yaz alpinizm mövsümü Everest üçün rekord olub: 51 komanda tərkibində 494 alpinist zirvəyə qalxmağa cəhd edib. Mövsüm ərzində 5 nəfər həlak olub.

Dava Şerpanın sağ qalması alpinizm tarixində möcüzə kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az