FIFA Ekvadoru dünya çempionatından kənarlaşdırırbackend

FIFA Ekvadoru dünya çempionatından kənarlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FIFA iyunun 10-da Ekvador yığmasının 2022-ci il dünya çempionatından kənarlaşdırılması barədə qərarını açıqlaya bilər.

İnterpress.az-ın “TV Azteca”ya istinadən məlumatına görə, ali futbol qurumu artıq Ekvadorun DÇ-2022-də iştirak etməyəcəyi, onun yerinin isə Çiliyə verilməsi barədə qərar qəbul edib.

Daha əvvəl bildirilib ki, Çili millisinin vəkili Eduardo Karpetso, müdafiəçi Bayron Kastilyonun kolumbiyalı olduğu üçün Ekvador yığmasında oynaya bilməyəcəyinə dair sübutlara malikdir. Vəkilin əldə etdiyi doğum haqqında şəhadətnamədə Kastilyonun Ekvadorda deyil, 1988-ci ildə Kolumbiyanın Tumako şəhərində doğulduğu göstərilib.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr – 18 dekabrda Qətərdə keçiriləcək.