Filippin prezidenti Putini tənqid etdibackend

Filippin prezidenti Putini tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin prezidenti Rodriqo Duterte Rusiya lideri Vladimir Putini Ukraynada günahsız dinc sakinlərin qətlinə görə tənqid edib.

İnterpress.az  xəbər verir ki, Davaoda cinayətkarların qısamüddətli edamını dəstəklədiyi üçün qatil və cəllad ləqəbi almış Duterte deyib ki, həm ona, həm də Putinə qatil deyirlər, lakin onlar arasında fərq var.

“Mən cinayətkarları məhv edirəm, uşaqları və qocaları öldürmürəm”.

Maraqlıdır ki, əvvəllər Putini açıq şəkildə kumir və dost adlandıran Duterte Rusiyanın Ukraynaya təcavüzünü ilk dəfə pisləyib.

Məqalədə qeyd edilir ki, o, Rusiya prezidentini işğala görə qınamadığını, lakin Putinin istifadə etdiyi “xüsusi əməliyyat” təyinatı ilə razılaşmadığını vurğulayıb. Dutertenin sözlərinə görə, əslində bu, suveren dövlətə qarşı genişmiqyaslı müharibədir.